AZ

Rusiya generalının qətlinə görə daha 2 nəfər həbs olundu

Moskvanın Basmannı məhkəməsi Rusiya Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qoşunlarının (RCBZ) rəisi, general-leytenant İqor Kirillova qarşı terror aktı hazırlamaqda ittiham olunan 2 nəfərin həbsinə sanksiya verib.

Yenisabah.az Interfax-a istinadla xəbər verir ki, istintaqın tələbi ilə Batuxan Toçiyev və Ramazan Padiyev fevralın 17-dək həbs-qətimkan tədbiri seçilib.

Bununla da işdə iştirak edən şəxslərin sayı 3-ə çatıb.

general Kirillov və onun köməkçisi İlya Polikarpov Moskvanın Ryazanski prospektində yaşayış binalarından birinin yaxınlığında partlayış nəticəsində həlak olublar.

Faktla bağlı cinayət işi açılıb.


Telegram kanalımız
Seçilən
3
yenisabah.az

1Mənbələr