Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova qəfil Çin dilində danışıb.
Publika.az xəbər verir ki, diplomat Çindən olan dostlarına və həmkarlarına, eləcə də həmin dövlətin bütün vətəndaşlarına müraciət edərək, onları Çin Yeni ilini Moskvada qeyd etməyə dəvət edib.
“Mən sizi Çin Yeni ilini birlikdə qeyd etmək üçün Moskvaya dəvət etmək istəyirəm və biz Çindən turistləri gözləyirik. Yeni dostlarla tanış olmaqdan şadıq və bu baxımdan mən onlara Çin dilində müraciət etmək istərdim”, - Zaxarova brifinq zamanı bildirib, daha sonra dəvəti Çin dilində təkrarlayıb.
Qeyd edək ki, Çin Yeni İli yanvarın 29-da keçiriləcək və bu, Çin sakinləri üçün böyük hadisədir. Onlar bu bayramı təkcə evdə deyil, həm də dünyanı gəzərək qeyd etməyi sevirlər.