AZ

Maka Boçorişvili: "Azərbaycan və Türkiyə ilə münasibətlərə önəm veririk"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Gürcüstanda parlament seçkisi oktyabr ayında keçirildi və Gürcü Arzusu Partiyası qalib gəldi. Bizim prioritetimiz Avropaya inteqrasiyadır. Gürcüstan Avropa İttifaqına üzvlük üçün namizəddir. Bu istiqamətdə çalışırıq ki, məqsədimizə çataq. Bunun üçün Gürcüstan və Avropa İttifaqı çox çalışmalıdır".
Bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili mətbuat konfransında Oxu.Az-ın sualına cavab olaraq deyib.
O bildirib ki, region ölkələri ilə əlaqələr də onlar üçün prioritetdir:
"Xüsusən də Azərbaycan və Türkiyə ilə münasibətlərə önəm veririk. Eləcə də, Ermənistanla münasibətlərə də önəm veririk ki, regionda sülh olsun. Gürcüstan öz potensialından tam istifadə edəcək ki, regionda sülh və əmin-amanlıq olsun. Biz bu istiqamətdə sülh yolu ilə ərazi bütövlüyümüzün bərpasına da çalışırıq və bu bizim siyasətimizin əsaslarındandır. Bunun üçün bizə tərəfdaşlar lazımdır. Hər tərəfdaşımızla əməkdaşlığı genişləndirməyə önəm veririk. Həmçinin çalışırıq ki, Gürcüstan Orta dəhliz layihəsində mühüm rol oynasın və bu istiqamətdə Azərbaycanla əməkdaşlığa xüsusi önəm veririk".
Mərahim Nəsib
Seçilən
6
oxu.az

1Mənbələr