Bu il Şimali Koreya ordusu mayın 9-da Moskvada keçiriləcək hərbi paradda iştirak edəcək.
Hafta.az “UNİAN”a istinadla xəbər verir ki, bu barədə Yaponiyanın "NHK World” ictimai televiziya kanalı Rusiya mənbələrinə dayanaraq məlumat yayıb.
Qırmızı Meydanda keçiriləcək paradda onlarla Şimali Koreya hərbçisinin iştirak edəcəyi gözlənilir. Avqustun sonunda isə KXDR hərbi orkestri Moskvada musiqili tədbirdə çıxış edəcək:
Mənbələr bildirirlər ki, Şimali Koreya hərbi qulluqçuları bu tədbirlərdə ilk dəfədir iştirak edəcəklər.
Bundan əvvəl Rusiyanın müdafiə naziri Andrey Belousov bildirib ki, mayın 9-da keçiriləcək paradda iştirak etmək üçün 19 dost dövlətdən hərbçilər dəvət olunub, onlardan 10-u artıq iştirakını təsdiqləyib.