AZ

Cennifer Lopez evi yananlara təkcə ənlik-kirşan yox, həm də...

Amerikalı müğənni Cennifer Lopez Kaliforniyada baş verən yanğınlardan zərər çəkənlərə geyim və kosmetikasını bağışlayıb.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə “Page Six” yazıb.

Portalın həmsöhbətləri bildiriblər ki, məşhur fəlakət zamanı əmlakını itirənlərə kömək etmək üçün əlindən gələni edir.

...O, ayaqqabılar, gödəkçələr, yorğanlar, köynəklər və hətta uşaq paltarları kimi bir çox şey bağışlayıb. O, həmçinin dəriyə qulluq markası JLo Beauty-dən nəmləndirici və təmizləyicilər bağışlamaq qərarına gəlib.

Bundan əlavə, insayderlər aydınlaşdırıblar ki, pop müğənnisi zərərçəkənləri zəruri ləvazimatlarla təmin edən A List LA Fire Relief xeyriyyə təşkilatına ianə edib.

Nazlı Almuradova

Seçilən
9
sia.az

1Mənbələr