Azərbaycan millisinin müdafiəçisi Rahil Məmmədovun formasını geyindiyi “Radomyak” qış təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununu keçirib.
Fanat.Az xəbər verir ki, Ekstraklassa təmsilçisi Polşanın birinci liqasında çıxış edən “Zniç”lə qarşılaşıb.
Qarşılaşma 0:0 hesablı bərabərliklə başa çatıb. Rahil bu matçın ikinci hissəsində meydana buraxılıb.
Qeyd edək ki, "Radomyak" Polşa çempionatında 18 turdan sonra 20 xalla 12-ci sıradadır.