AZ

2024-cü ildə korrupsiya cinayəti törədən 43 şəxs cinayət başında yaxalanıb - Nazim Rəcəbov

Bakı. Trend:

2024-cü ildə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 381müraciət və digər məlumatlara cinayət xarakterli material kimibaxılıb, 314 material üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələriilə cinayət işləri başlanın, 67 material üzrə isə vurulan maddiziyan məbləğlərinin ödənilməsi də nəzərə alınmaqla cinayət işininbaşlanmasının rədd edilməsi haqqında qərarlar qəbul edilib və digərprokuror təsir tədbirləri tətbiq edilib.

Trend xəbərverir ki, bu barədə İdarənin rəisi Nazim Rəcəbov məlumat verib.

O bildirib ki, əməliyyat qurumları tərəfindən 170 cinayət işibaşlanılıb, keçirilən 42 əməliyyat-axtarış tədbiri nəticəsindəkorrupsiya cinayəti törədən 43 şəxs cinayət başında yaxalanıb,habelə bu qəbildən cinayətlərin törədilməsi ilə bağlı axtarışdaolan 8 nəfər saxlanılıb.

Hesabat dövrü ərzində Baş İdarə tərəfindən 226 şəxs barəsində158 cinayət işi baxılması üçün məhkəmələrə göndərilib. Məhkəmələrəgöndərilən cinayət işlərinin mütləq əksəriyyəti üzrə ittihamhökmləri çıxarılın, qalanları isə hazırda məhkəmə baxışındadır.

İstintaqı tamamlanan cinayət işlərindən 111 şəxs barəsində 67 işağır cinayətlər məhkəmələrinə, 5 şəxs barəsində 3 iş hərbi, eynizamanda 110 şəxs barəsində 88 cinayət işi isə rayon (şəhər)məhkəmələrinə göndərilib.

Seçilən
12
15
az.trend.az

10Mənbələr