AZ

"Son zamanlar ölkəmizin daxili işlərinə müdaxilədə bir sıra cəhdlər gördük"- Gürcüstan XİN rəhbəri

Image

Biz son zamanlar ölkəmizin daxili işlərinə müdaxilə məsələsində müəyyən addımlar atıldığını gördük. Güclü dövlət institutlarımızın sayəsində bu təhdidlər aradan qaldırılıb.

Bu barədə Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə görüşdən sonra keçirilən birgə brifinqdə bildirib.

Maka Boçorişvili qeyd edib ki, Gürcüstan Avro-Atlantik məkana inteqrasiyada maraqlıdır. Bunun üçün həm Avropa İttifaqı, həm də Gürcüstan tərəfindən çox iş görülməlidir.

ZÜMRÜD





Seçilən
5
baki-xeber.com

1Mənbələr