Ötən il korrupsiya ilə bağlı əməliyyat qurumları tərəfindən 170 cinayət işi başlanılıb.
Publika.az xəbər verir ki, bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində əməliyyat müşavirəsində bildirilib.
Qeyd olunub ki, keçirilmiş 42 əməliyyat-axtarış tədbiri nəticəsində korrupsiya cinayəti törədən 43 şəxs cinayət başında yaxalanıb.
Habelə bu qəbildən cinayətlərin törədilməsi ilə bağlı axtarışda olan 8 nəfər saxlanılıb.
Hesabat dövrü ərzində Baş İdarə tərəfindən 226 şəxs barəsində 158 cinayət işi baxılması üçün məhkəmələrə göndərilib.