AZ

QHT "Turan Yolu Zəngəzurum" adlı videoçarx nümayiş etdirdi - VİDEO

Almaniyada fəaliyyət göstərən "Begegnungsstube  Medina e.V." təşkilatının "Dünya Bilgi Platformu"-nun təşkilatçılığı ilə Sərdarlı ailəsinin yaratdığı" Dərələyəzim" əsərinə həsr edilmiş "Türk Dünyası Kültürel Miras Eserleri - Dereleyezim Eseri" adlı elmi-praktik konfrans keçirilmişdir.

QHT.az xəbər verir ki, konfransda Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə dəstəyi ilə Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım İctimai Birliyinin ərsəyə gətirdiyi "Zəngəzur sənətkarlığı" layihəsi çərçivəsində hazırladıqları" Turan Yolu Zəngəzurum" adlı videoçarx nümayiş etdirildi. Konfransda əvvəlcə əsərin müəllifləri - Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım İctimai Birliyinin sədri Lalə Sərdarlı, araşdırmaçı jurnalist və layihə koordinatoru İsgəndər Sərdarlı, dizayner və Türkiyənin Topqapı Universitetinin magistri Toğrul Sərdarlı çıxış edərək əsərin tarixi, yaradılma prosesi və məqsədləri haqqında məlumat veriblər.

Konfrans iştirakçılarından tanınmış İrəvan ziyalısı, "Vətəndaşların Sosial Rifahı Naminə" İctimai Birliyinin sədri İradə Rizazadə çıxış edərək Qərbi Azərbaycanın mədəni irsinin Türk dünyası üçün əhəmiyyətini vurğulayıb və təşkilatçılara təşəkkürünü bildirib.

Cəmaləddin Özdəmir isə öz çıxışında Azərbaycan-Türk mədəni irsinin dünyada tanıdılması istiqamətində fəaliyyətlərinin davam etdiriləcəyini vurğulayaraq muzeyində saxlanılan dəyərli eksponatları nümayiş etdirib. Tədbirin sonunda "Dərələyəzim" əsərinin müəllifləri iştirakçılara və təşkilatçılara dərin minnətdarlıqlarını bildirərək Azərbaycan və Türk mədəniyyətinin qorunmasına töhfə verən hər kəsə təşəkkür ediblər.

Seçilən
15
qht.az

1Mənbələr