Bolivud ulduzu Saif Əli Xan, Hindistanın Mumbay şəhərindəki evində oğurluq cəhdi zamanı bıçaqlanaraq xəstəxanaya yerləşdirilib."Ulusum".az xəbər verir ki, bunu Independent xəbər verir. Məlumata görə, cinayətkar aktyora altı bıçaq zərbəsi vurub, o cümlədən onurğa və boyun nahiyəsində dərin kəsiklər yaranıb.Hadisə 16 yanvar gecəsi baş verib. Qeyri-məlum şəxs aktyorun evinə daxil olub və onun xidmətçisi ilə mübahisə etməyə başlayıb. Aktyor müdaxilə etmək istədikdə, cinayətkar Saif Əli Xanin üzərinə hücum edib və onu bıçaqlayıb. Polis hadisə ilə bağlı araşdırma aparır.Hadisə zamanı 54 yaşlı aktyorla yanaşı, onun 44 yaşlı həyat yoldaşı, aktrisa Karina Kapur Xan və onların 7 və 3 yaşlı oğulları da evdə olub. Uşaqlar və qadın zərər çəkməyib, amma aktyorun üç işçisindən biri də hücum zamanı xəsarət alıb. Hazırda polis xidmətçiləri ilə əlaqə saxlayır.Səidə Mustafa
Diqqət Çəkənlər
«20 milyon insan»: Rada deputatı Zelenskinin planını açıqlayıb
Bayden, vida müraciətində Tramp administrasiyasına uğurlar arzuladığını bildirib
Bakıda Türkdilli Dövlətlər Təşkilatının toplantısı keçirilir