AZ

Sabiq “Fənər”li Belçika klubunda

Almaniya Bundesliqası təmsilçilərindən “Hoffenhaym”ın şərəfini qoruyan Attila Salainin yeni adresi bəlli olub.

Apasport.az xəbər verir ki, Macarıstan millisinin üzvünü Belçika çempionatı komandalarından “Standart Liej” icarəyə götürüb.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Tərəflər arasında razılaşmaya əsasən, müdafiəçi mövsümün sonuna kimi “Standart Liej”də çıxış edəcək.

Onun Almaniya klubu ilə müqaviləsi 2027-ci ildə başa çatacaq.

Qeyd edək ki, 26 yaşlı futbolçu 2023-cü ildə “Fənərbaxça”dan “Hoffenhaym”a 12 milyon avro qarşılığında transfer edilmişdi.

"Fənərbaxça"lıları sevindirən xəbər: İtaliyadan təklif var

Halil Umut Meler "Fənərbaxça" matçına - Turun hakim təyinatları

Uolker Türkiyə nəhənginə təklif olunub

“Cimbom” İkardinin əvəzləyicisini tapdı

Neymar ABŞ klubunda oynaya bilər

Seçilən
14
apasport.az

1Mənbələr