Bakıda bir çox qəbiristanlıq bələdiyyələrin balansına verilib. Yəni məzarlıqlara rəhbər təyin etmək, qəbir yerlərinin sıralanması, dəfn və dəfnlə bağlı digər işləri bələdiyyələr həyata keçirir.
Bu, Nazirlər Kabinetinin (NK) təsdiq etdiyi “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”nda öz əksini tapıb.
Dəfnlə bağlı bir çox məqamların yer aldığı Qaydada qəbir yerlərinin ayrılması və dəfnin təşkili məsələsi də vurğulanıb. Ölən şəxsin yaxınları meyiti dəfn etmək üçün müəyyən məbləğə qəbir yeri aldığını deyirlər. Yəni ölən şəxsin yaxınlarına məzar üçün yer ərazidən asılı olaraq müxtəlif qiymətə təklif olunur.
Hətta təklif edilən məbləğ bir evin qiymətinə qədər gedib çıxır.
Azərbaycanda qəbir yeri pulsuzdur…..
Lakin yuxarıda qeyd etdiyimiz Qaydada qəbir yerlərinin pulsuz ayrıldığı yazılıb. Belə ki, Qaydanın 17 -ci bəndində qeyd edilib ki, Azərbaycan Respublikası vətəndaşlarının, Azərbaycan Respublikasında olan və ya yaşayan, habelə qaçqın statusu alan əcnəbi və ya vətəndaşlığı olmayan və kimsəsiz şəxslərin dəfn olunması üçün qəbir yerləri qəbiristanlığın müdiriyyəti tərəfindən ödənişsiz ayrılır.
Lakin dəfnlə bağlı təklif edilən xidmətlər üçünsə müəyyən məbləğ nəzərdə tutulub. Qanun deyir ki, qəbiristanlıq müdriyyəti tərəfindən ölmüş şəxsin cənazəsi dini ibadət evində yuyulmayıbsa, onun yuyulması, tabut və nəqliyyatla təmini, qəbir yerinin qazılması, dəfn zamanı dini ayinlərin icrası, ad, soyad, ata adından ibarət lövhənin hazırlanması və digər xidmətlər təklif olunur. Bu xidmətlər ödənişlidir. Lakin bu xidmətlərin ümumi dəyəri “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş dəfn üçün müavinətin məbləğindən artıq olmamalıdır.
Dəfn üçün nə qədər pul ayrılır?
Ötən il dəfn üçün verilən birdəfəlik müavinətin məbləği 500 manat, əmək pensiyaçıları üçünsə minimum pensiya məbləğinin 3 misli qədər idi.
Qaydada o da qeyd edilib ki, xidmətlərin ayrı-ayrılıqda və ya ümumi dəyəri bələdiyyə tərəfindən təsdiq edilir və qəbiristanlığın giriş qapısındakı elan lövhəsində aydın görünən və oxunan yerdə yerləşdirilir.
Amma qəbiristanlıqla, dəfnlə bağlı illərdir bir məbləğdən də söhbət gedir. Bəzi yerlərdə qəbir yeri üçün və ya dəfn xidmətləri üçün konkret dövlət rüsumunun olduğu qeyd edilib.
Müsəlmanlar 63, qeyri-müsəlmanlar 49 manata dəfn olunur…..
Rəsmi məlumatlara görə dəfn xidməti üçün dövlət rüsumu müsəlmanlar üçün 63, qeyri-müsəlmanlar üçünsə 49 manatdır. Lakin rəsmi məlumatlarda sadəcə bu prosesdə kağız üzərində yazılıb. Dəfn və qəbir yerlərini təyinatı ilə bağlı ödənişlər razılşma əsasında həyata keçirildiyi iddia olunur.
İddialara görə Bakı Şəhər Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin nəznidə olan qəbir yerləri fantastik qiymətlərə satılır.
Ölən şəxsin yaxınları qəbir üçün müraciət etdikdə Yer yoxdur cavabı verirli…… və yaxud yuxarıdan desinlər biz edək prinsipi yanaşılır. Yuxarı isə Bakı şəhər icra hakimiyyəti nəzərdə tutulduğu bildirilir.
Qəbirstanlıqda yer almaqdan ötrü cənazə orada dəfn olunması üçün kiməsə xahiş minnət etdikdən sonra müxtəlif razılaşma əsasında yer ayrılır. Bakıda kv.m-i 200 manatdan 10 000 manata qədər olan müxtəlif qiymətlərlə qəbir yeri satılır.
Amma kim üçünsə torpaq yeri ayrılan yerdən istifadə etmək qeyri mümkündür çünki həmin yerlər artıq razılaşma əsasında öləcək sahiblərini gözləməkdədir……
Qəbir yerlərinin satışı isə müxtəlif vasitələrlə həyata keçirilir.
Qeyd edək ki, Bakı Şəhər Əhaliyə Vətəndaşlıq Xidməti Tresti Bakı şəhər icra hakimiyyətinin tabeliyindədir.