Maraqlıdı, “Flamenqo”nun hansı özəlliyi Juninyonun “Sevilya” xəyalının üstündən xətt çəkdi?
“Kəpəz”in braziliyalı futbolçusu Luis Paçu həmvətəninin transferi ilə bağlı “Football-plus.az”ın sualına belə cavab verdi:
“Bu, çox yaxşı seçim idi, hər bir braziliyalı oyunçunun arzusudu. O, dünyanın ən böyük klublarından birində oynayacaq. “Flamenqo” milyonlarla azarkeşi olan çox böyük klubdu. Düzdü, tələblər də çoxdu, amma Juninyo hazırdı. Çoxlu qollar vuracağına əminəm. “Sevilya” da böyük klubdu, “Flamenqo” da. Digərini də seçsəydi, onun üçün çox yaxşı olardı. Ona uğurlar arzulayıram”.
RÖYANƏ OĞUZ