Vladimir Zelenski Macarıstan, Almaniya, Slovakiya və ABŞ-ın Ukraynanın Şimali Atlantika Alyansına daxil olmasına qarşı olduğunu bildirib.
O, bunu Böyük Britaniyanın baş naziri Key Starmerlə keçirdiyi mətbuat konfransında deyib.
“ABŞ, Macarıstan, Slovakiya, Almaniya. Onlar səmimi idilər, bizi NATO-da görmək istəmirdilər”.
Onun sözlərinə görə, hər bir dövlətin “öz səbəbləri” var.
Bundan əvvəl Vladimir Zelenskinin ofisinin rəhbərinin müşaviri Sergey Leşşenko Ukraynanın Qərbi Almaniya prinsipinə uyğun olaraq NATO-ya üzv olmağa hazır olduğunu etiraf edib.
DOĞRU.AZ