Azərbaycan Gürcüstanın ən böyük 5 iqtisadi tərəfdaşı sırasına daxildir.Metbuat.az xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili bu gün azərbaycanlı həmkarı Ceyhun Bayramovla Bakıda keçirilən birgə mətbuat konfransında deyib."Biz bu gün həmçinin Gürcüstan və Azərbaycan arasında mühüm layihələrin həyata keçirilməsini müzakirə etdik. Bunlar təkcə ölkələrimiz üçün deyil, həm də region üçün böyük layihələrdir. Bu layihələr əsasında biz daha böyük strateji layihələr həyata keçirə bilərik", - o bildirib.Nazirin sözlərinə görə, Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsi layihəsi həm Gürcüstan, həm də Azərbaycan üçün çox mühüm layihədir."Müxtəlif formatlarda əməkdaşlığımız çox vacibdir", - Gürcüstan XİN başçısı əlavə edib.