Dekabrın 25-də Qazaxıstanda qəzaya uğrayan “Azərbaycan Hava Yolları” QSC-nin “Embraer-190” sərnişin təyyarəsinin pilotları ilə dispetçerlər arasında söhbətin stenoqramı Rusiya mətbuatında yayılıb.
Rusiya mətbuatı söhbətin stenoqramından istifadə edərək, təyyarə heyətinin Qroznıya enməmək, Mahaçqalaya uçmamaq, sonra yenidən Bakıya uçmaq və sonda Aktauya uçmaq barədə bütün qərarları müstəqil qəbul etdiyini xüsusi qabardır. Həmçinin quşlarla toqquşma, eləcə də göyərtəsində partlayan qaz balonu versiyalarının ekipaj tərəfindən səsləndirilməsi faktı geniş təbliğ olunur, pilotlar təyyarədə fövqəladə vəziyyət elan etməməkdə suçlanılır.
Ötən gün isə Rusiya xarici işlər naziri Sergey Lavrovun təyyarənin qara qutularındakı məlumatlarla bağlı təkəbbürlə mətbuatda yayılan versiyaların təsdiqlənmədiyini elan etdi.
Bəs Rusiya bununla nə etmək istəyir? Bu məsələdə azərbaycanlıların qanını batırmaq istəyir? Azərbaycanın cavabı necə olmalıdır?
TV Musavat-ın əməkdaşları bu sualla Bakı sakinlərinə müraciət edib, onların rəyini öyrənib.
Hazırladığımız videosorğunu təqdim edirik:
Xalidə Gəray
Rafət Şahbazov
Musavat.com