Səudiyyə Ərəbistanı çempionatı komandalarından “Əl-Hilal” yayda heyətini gücləndirməyi planlaşdırır.
Apasport.az xəbər verir ki, klub, “Liverpul” ilə mövsüm sonu müqaviləsi bitəcək Məhəmməd Salahı transfer etmək istəyir.
Səudiyyə Ərəbistanı təmsilçisi 32 yaşlı forvardı Neymarın əvəzləyicisi olaraq görür.
Misirli futbolçu da bu transferə müsbət yanaşır.
Qeyd edək ki, Salah bu mövsüm “mersisaydlılar”la çıxdığı 29 rəsmi matçda 21 qol, 17 assistlə yadda qalıb.
Türkiyə millisinin üzvü əməliyyat olunacaq
"Fənərbaxça"lıları sevindirən xəbər: İtaliyadan təklif var
Halil Umut Meler "Fənərbaxça" matçına - Turun hakim təyinatları
Uolker Türkiyə nəhənginə təklif olunub
“Cimbom” İkardinin əvəzləyicisini tapdı