AZ

İsrail əsgərləri 22 fələstinlini həbsETDİ

İsrail hərbçiləri işğal altındakı İordan Çayının Qərb sahilinin müxtəlif şəhərlərinə reallaşdırdıqları basqınlar zamanı azı 22 fələstinlini saxlayıb.

Redaktor.az xəbər verir ki, Fələstin Azadlıq Təşkilatına (FƏT) bağlı Əsir və Azad Edilənlər Cəmiyyəti ilə Fələstin Əsirlər Cəmiyyətindən verilən ortaq açıqlamada, İsrail qüvvələrinin fələstinlilərin evlərinə basqınları davam etdirdiyi bildirilib.

Beytüllahim, Tubas, Tulkərəm və Ramallah şəhərlərində həyata keçirilən son basqınlarda arasında keçmiş məhbusların da olduğu 22 nəfərin saxlanıldığı qeyd edilib. Açıqlamada 7 oktyabr 2023-cü ildən bu yana saxlanılan fələstinlilərin sayının 12 min 300-ü keçdiyi bildirilib.

Seymur BƏNNAYEV 

Seçilən
4
redaktor.az

1Mənbələr