AZ

Mourinyo "Çelsi"nin futbolçusunu "Fənərbaxça"ya dəvət etdi

"Çelsi"nin hücumçusu Joao Feliş karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Fənərbaxça" portuqaliyalı futbolçunu heyətinə qatmaq istəyir. Bu barədə "Estadio Deportivo" nəşri məlumat yayıb.

İstanbul klubu Felişi mövsümün sonuna kimi icarəyə götürməyi planlaşdırır. "Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyo həmyerlisi ilə görüşüb və onu komandaya dəvət edib.

Premyer Liqa klubunda az forma şansı qazanan 25 yaşlı futbolçu özü də Türkiyədə oynamağa isti yanaşır.

Qeyd edək ki, "Çelsi" Joao Felişi mövsümün əvvəlində "Atletiko"dan transfer edib. Portuqaliya millisinin üzvü London təmsilçisinin heyətində meydana çıxdığı 19 rəsmi matçda 7 qol vurub, 2 məhsuldar ötürmə verib.

saytlarin hazirlanmasi

Seçilən
2
1
sportal.az

2Mənbələr