Ukrayna prezidenti Volodimir Zelenski və Böyük Britaniyanın baş naziri Key Starmer ölkələr arasında strateji əməkdaşlıq haqqında saziş imzalayıblar.
Bu barədə Reuters agentliyi məlumat yayıb.
Sənədin imzalanmasından sonra Ukrayna prezidenti bu günü tarixi adlandırıb və əlavə edib ki, hazırda London və Kiyev arasında münasibətlər “həmişəkindən daha yaxındır”.
“Biz yeni səviyyəyə çatmışıq, bu, strateji əlaqələrdən daha çox şeydir. Biz 100 illik tərəfdaşlıq müqaviləsi imzaladıq”, - deyə o, qeyd edib.