Lənkəranda bir neçə gündür ki, dənizdə itkin düşən balıqçıların axtarışı davam edir.
İtkin düşmüş balıqçılardan biri - Mahmud İbayevin qardaşı Rəşad İbayevin “Unikal”a verdiyi məlumata görə, onlar ehtimal edir ki, itkin düşən balıqçılar İran tərəfdədirlər.
Onun sözlərinə görə, dənizin üstündə heç bir iz yoxdur. Ona görə də ehtimal edirik ki, balıqçılar İran tərəfdədir.
Qeyd edək ki, bir neçə gün öncə səhər saat 08:00-da balıq tutmaq məqsədi ilə Lənkəran rayonunun Siyavar kənd sakinləri 1984-cü il təvəllüdlü Mahmud Əbdüləli oğlu İbayev və 1968-ci il təvəllüdlü Nazim Səməd oğlu Abbasov dənizə çıxıblar.
Hazırda aidiyyəti dövlət orqanları tərəfindən balıqçıların axtarışları fasiləsiz davam etdirilir.
Xəlil Əliyev