AZ

Gürcüstanı ittiham edən erməni jurnalistə sərt reaksiya – “Şər toxumları səpir”

Jurnalist və Cənubi Qafqaz üzrə ekspert Olesya Vartanyanın ABŞ-ın Helsinki Komissiyasının toplantısında çıxışı zamanı Gürcüstan əleyhinə səsləndirdiyi fikirlər Tbilisidə etirazla qarşılanıb.

Teleqraf.com xəbər verir ki, o, Gürcüstanı Rusiyaya sanksiyalardan yan ötməyə kömək etməkdə ittiham edib.

Məsələyə münasibət bildirən Gürcüstan parlamentinin sədr müavini Gia Volski erməni jurnalisti böhtançı adlandırıb.

Vitse-spikerin sözlərinə görə, O.Vartanyan həyasızlıq və axmaqlıq nümayiş etdirib.

“Vartanyan Ermənistan-Gürcüstan münasibətlərinə xələl gətirməyə çalışır. Ermənistanla münasibətlərimiz mehriban dostluq səviyyəsində qalır. Lakin bəzi insanlar var ki, bilərəkdən şər toxumları səpirlər”, - G.Volski deyib.

Qeyd edək ki, O.Vartanyan anti-Gürcüstan mövqeyi ilə seçilir. O, sosial şəbəkə hesablarında Gürcüstandakı etirazları dəstəklədiyini bildirib və hakimiyyətin ünvanına bir sıra ittihamlar irəli sürüb.


Müəllif: Cəmilə Babayeva
Seçilən
4
teleqraf.com

1Mənbələr