Belarusda ikinci atom elektrik stansiyasının (AES) tikintisinə ehtiyac var və bu, getdikcə daha aydın görünür.
Prezident Aleksandr Lukaşenko bu barədə Minsk şəhər texnoparkında olarkən bildirib.
"Mən getdikcə daha çox əminəm ki, ikinci atom elektrik stansiyası tikməliyik",- deyə Lukaşenko qeyd edib.
Tədbir zamanı ölkədə istər istehsalatda, istərsə də fərdi vətəndaşlar arasında elektrik enerjisinə tələbatın artması da diqqətə çatdırılıb.