Cənubi Koreyada məhkəmə hərbi vəziyyətin elan edilməsindən sonra prezident vəzifəsindən uzaqlaşdırılan və məsələ ilə bağlı aparılan istintaq çərçivəsində dünən saxlanılan Yoon Suk Yeolun vəkillərinin şikayətini rədd edib."Yonhap"ın məlumatına görə, məhkəmə dünən Yoonun vəkillərinin həbs qərarından verdiyi apellyasiya şikayəti vəsatətini dəyərləndirib.Məhkəmə prezident vəzifəsindən uzaqlaşdırılan Yoonun vəkillərinin etirazını rədd edərək, onun həbsinin davamı ilə bağlı qərar verib.Hüquqşünaslar Yoonun Korrupsiya İstintaq İdarəsi (CIO) tərəfindən saxlanmasının hüquq sisteminə zidd olduğunu və araşdırmanın Seul Mərkəzi Dairə Məhkəməsi tərəfindən aparılmalı olduğunu müdafiə edirlər.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta