Vogue jurnalının stilistləri idman ayaqqabıları əvəzinə mokasin geyinməyi tövsiyə ediblər. Bu barədə Vogue-un rəsmi saytında məlumat verilib.Ekspertlər, Miu Miu, Prada və Loewe kimi aparıcı moda brendlərinin nümayişlərində görünən ağ rəngli klassik mokasin və loafer modellərinin trend olacağını bildiriblər. Bu ayaqqabılar müxtəlif üslublarda geyimlərlə mükəmməl uyğunlaşır.Bundan əvvəl Vogue stilistləri, leopard naxışlı cins şalvarların 2025-ci ilin ən dəbli modeli olduğunu açıqlamışdılar. Həmçinin, 2000-ci illərdə populyar olan reper üslublu geniş cinslər, kontrast tikişli modellər və xam denimdən hazırlanmış cinslər də yenidən trendlər arasına daxil olacaq.Stilistlər əlavə ediblər ki, futbol üslublu idman ayaqqabıları brendlərin kolleksiyalarında ən çox tələb olunan modellərə çevriləcək. Artıq bu modellər bir çox moda evlərinin mövsümi geyim xətlərində yer alıb. Ən populyar modellər sırasında Louis Vuitton Footprint Soccer, Fenty X Puma Avanti və Adidas Samba LT var. Nike isə futbol estetikasına uyğun hazırlanmış Total 90 modelini yenidən istehsal edəcəyini elan edib.Səidə Mustafa
Diqqət Çəkənlər
«20 milyon insan»: Rada deputatı Zelenskinin planını açıqlayıb
Bayden, vida müraciətində Tramp administrasiyasına uğurlar arzuladığını bildirib
Bakıda Türkdilli Dövlətlər Təşkilatının toplantısı keçirilir