AZ

Sahibkarlara verilən kreditin həcmi açıqlandı

Ötən il dekabrın 31-nə İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) təqdim etdiyi zəmanət hesabına müvəkkil banklar tərəfindən sahibkarlara 549,5 milyon manat məbləğində kreditlərin verilməsi təmin olunub.

Fonddan Publika.az-a bildirilib ki, 2024-cü ildə müvəkkil banklar tərəfindən 118,6 milyon manat həcmində kredit verilib.

Sahibkarların maliyyə resurslarına çıxış imkanlarının artırılması və ödəniş yükünün azaldılması məqsədilə dövlət büdcəsindən ayrılmış vəsaitlər hesabına fond tərəfindən 2018-2024-cü illərdə sahibkarlıq kreditlərinə hesablanmış faizlərə görə 47,4 milyon manat məbləğində subsidiya verilib.

Seçilən
5
7
publika.az

10Mənbələr