Bundesliqanın son turunda "Holştayn"a məğlubiyyət (2:4) Dortmund "Borussiya"sının rəhbərliyini qışda heyətin gücləndirilməsi ilə bağlı düşünməyə vadar edib.
Fanat.Az xəbər verir ki, məlumatı "Bild" yayıb.
Nəşrin məlumatına görə, "sarı-qaralar" "Mançester Yunayted"in hücumçusu Markus Raşfordla ciddi maraqlanmağa başlayıb. "Borussiya" ingilis futbolçunun təkcə icarə deyil, həm də birdəfəlik transfer imkanlarını müzakirə edir. Artıq tərəflər arasında danışıqların başladığı bildirilir.
Qeyd edək ki, son həftələr mətbuat 27 yaşlı Raşfordun adını Avropanın bir neçə aparıcı klubu ilə hallandırır. Ruben Amorim “Mançester Yunayted”in baş məşqçisi vəzifəsinə keçdikdən sonra, Markus bir neçə dəfə matçı ehtiyat oyunçular skamyasından izləməli olub. Bu isə futbolçunu narazı salan məqamlardandır.
Mirağa