AZ

Kişilərin nəsli tükənə bilər

Kişilərin nəsli tükənə bilər.

SeherXeber.org xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə "BBC Science Focus"da məqalə yayımlanıb.

Qeyd edilir ki, Y xromosomu kişilərdə cinsiyyətin müəyyənləşməsində rol oynayır, lakin təkamül prosesi nəticəsində bu xromosomun get-gedə balacalaşdığı və genetik materialının böyük bir hissəsini itirdiyi aşkar edilib.

Yaxın dövrlərdə aparılan araşdırmalar göstərir ki, Y xromosomunun bir gün tamamilə yoxa çıxacağı barədə nəzəriyyələr var. 

Üstəlik, bu vəziyyətin potensial olaraq yeni bir cinsiyyət geninin ortaya çıxmasına səbəb olacağı da iddia edilir. 

Y xromosomu niyə yoxa çıxır?

"BBC Science Focus"a danışan Trobe Molekulyar Elm İnstitutunun professosu Ceni Qreyvs vəziyyətlə bağlı danışarkən deyib:

"Y xromosomunda sadəcə 45 gen var və sizi kişi edən bunlardan sadəcə biridir. İnsan Y xromosomu bir vaxtlar X xromosomu qədər gen daşıyırdı. Ancaq son 166 milyon ildə bunları itirib. Nəticədə bu gün Y çoxu bir-birini təkrarlayanzibil DNT-lərdən ibarətdir".

Nəşr yazır ki, bu genetik itkinin əsas səbəbi Y xoromosomunun digər xromosomlarla rekombinasiya etməməsidir. Bu rekombinasiya genlərin qarışaraq zərərli mutasiyaların aradan qaldırılmasını təmin edir. 

Y xromosomu bu prosesdən keçmədiyindən zamanla genetik materialını itirib.

Professos Ceni Qreyvs isə bu itkinin səbəbinin Y xromosomunun yumurtalıqda yox, testisdə olması ilə əlaqələndirir. 

O, insan Y xromosomunun orijinal halı ilə müqayisə edildikdə genlərinin 97%-ni itirdiyini deyir.  Mütəxəssis bildrib ki, X xromosomu isə nisbətən toxunulmamış vəziyyətdədir. 

Kişilərin nə qədər vaxtı qalıb?

"Təkamül baxımından danışıram. Cinsiyyət xromosomları məməlilərdə təqribən 180 milyon il əvvəl təkamül prosesindən keçib. Y xromosomunun bu səviyyəyə qədər aşınması bu qədər uzun davam edib. İnsanlarda isə təqribi hesabla tamamilə yox olana qədər  6 və ya 7 milyon il vaxt var" - Ceni Qreyvs əlavə edib.

Qeyd edilir ki, nəticədə Y xromosomunun itkisi insanlıq üçün ciddi problemlərə səbəb ola bilər.  Lakin 5 milyon il sonranı düşünəndə ölümsüzlüyün sirri tapılmadıqca narahat olmağa ehtiyac yoxdur. 

Bildirilir ki, təkamül prosesi və genetik adaptasiyalar sayəsində insan növünün bu dəyişikliklərə uyğunlaşma potensialı da var.

Billurə Yunus

 

Seçilən
10
2
seherxeber.org

3Mənbələr