AZ

Cənubi Koreya prezidenti sorğu-sualda iştirak etməyəcək


Cənubi Koreya Prezidenti Yun Sok-Yol səhhəti ilə əlaqədar həbsinin ikinci günündə sorğu-sualda iştirak etməyəcək.Bu barədə dövlət başçısının vəkili Yun Qap-Qın məlumat yayıb.

Vəkil bildirib ki, bir gün əvvəl prezident öz mövqeyini tam izah edib, ona görə də onu əlavə sorğu-sual etməyə ehtiyac yoxdur.

Yanvarın 15-də ölkənin antikorrupsiya agentliyinin müstəntiqləri qiyam işi ilə bağlı Yun Sok-Yolu həbs ediblər. Siyasətçi özü bildirib ki, qan tökülməsinin qarşısını almaq üçün könüllü olaraq prokurorluqda dindirilməyə gəlib.
www.anews.az
Seçilən
1
anews.az

1Mənbələr