AZ

Olimpiya mükafatçısı 58 yaşında vəfat edib

Üzgüçülük üzrə üçqat Olimpiya mükafatçısı, rusiyalı Dmitri Volkov 58 yaşında vəfat edib.

Oxu24.com xəbər verir  ki,bu barədə jurnalist Yelena Vaitsexovskaya öz Telegram kanalında məlumat verib.

2024-cü ilin martında Volkovun mədə xərçəngi ilə mübarizə apardığı məlum oldu. Daha sonra həyatının çətin anında ona dəstək olan hər kəsə minnətdarlığını bildirib.

Sinxron üzgüçülük üzrə üçqat olimpiya çempionu Alla Şişkina Match TV-yə bildirib ki, Volkovun ölümü bütün su idmanı ictimaiyyəti üçün böyük itkidir. O, idmançının ailəsinə başsağlığı verib.

Volkov 1988-ci ildə Seulda keçirilən Olimpiya Oyunlarında iki bürünc medal qazandı və 1992-ci ildə Barselonada keçirilən Olimpiadada da gümüş medal qazandı. Onun dünya çempionatından gümüş və iki bürünc, Avropa çempionatından isə dörd qızıl medalı var.

 

Nigar

 

Seçilən
25
50
oxu24.com

10Mənbələr