AZ

"Azərpoçt" işçilər axtarır - VAKANSİYALAR

Azərpoçt

İnformasiya texnologiyaları təhlükəsizliyi üzrə Baş mütəxəssis

Son tarix 16 fev 2025 - [email protected]

Vəzifə öhdəlikləri:

  • Biznes üçün kritik verilənlərin inventar, təsnifat və identivliyinin müəyyən olunması üçün lazımi ölçülər götürmək;
  • Hücumlar, müdaxilələr və qeyri-adi, icazəsiz və qeyri-qanuni fəaliyyətlərə nəzarət;
  • Müdaxilə insidentlərini aşkarlamaq və yaranma səbəblərini araşdırmaq;
  • Boşluqların aradan qaldırılması tədbirlərini həyata keçirmək üçün İT və İnformasiya
  • Təhlükəsizliyi heyəti ilə daim əlaqə saxlamaq;
  • İnformasiya Təhlükəsizliyi sistemlərinin dəstəklənməsi (SIEM, Endpoint Security, Privileged Access Management, NGFW, IDS/IPS, WAF, DLP);
  • Daxili işçilər və üçüncü tərəf təchizatçılar üçün təhlükəsizlik təlimlərinin təmin olunmasına məsul olmaq;
  • Yeni/mövcud təhlükəsizlik alətlərin tətbiqi/təkmilləşdirilməsi.

Vəzifə üzrə tələblər:

  • Ali təhsil;
  • İnformasiya Təhlükəsizliyi, və ya İT sahəsində minimum 3 il iş təcrübəsi;
  • Yüksək analitik düşüncə, riyazi təhlil qabiliyyəti və problemləri həlletmə bacarığı;
  • Səlis Azərbaycan dili biliyi (Rus və İngilis dili biliyi üstünlükdür);
  • Yüksək ünsiyyət bacarığı;
  • Məxfilik, diqqət, təhliletmə qabiliyyəti;
  • Windows(AD, DNS, Group Policy), *nix Əməliyyat Sistemləri;
  • Virtualizasiya texnologiyaları(ESXi, Hyper-V);
  • Şəbəkə texnologiyaları;
  • Şəbəkə Firewall-ları, IDS/IPS;
  • Təhlükəsizlik sertifikatları və protokolları/portları;
  • Log/Event faylların araşdırılması;
  • “Endpoint” təhlükəsizliyi;
  • PAM texnologiyaları;
  • SIEM texnologiyaları;
  • DLP texnologiyaları;
  • Veb tətbiq Firewall-ları (WAF);
  • İT üzrə beynəlxalq sertifikatların/şəhadətnamələrin mövcudluğuna üstünlük verilir.

İş şəraiti:

  • 5 günlük iş həftəsi (Bazar ertəsi-Cümə); 
  • Korporativ nömrə ilə təmin olunma ; 
  • Bazar rəqabətli əmək haqqı; 
  • İş yeri: Baş ofis, Bakı şəh, Üzeyir Hacıbəyli 72.

Müvafiq tələblərə uyğun olan namizədlər mövzu hissəsində  “İnformasiya texnologiyaları təhlükəsizliyi üzrə Baş mütəxəssis” qeyd etməklə CV-lərini elektron poçt ünvanına göndərə bilərlər.

 

Risklərin idarə edilməsi üzrə aparıcı/baş mütəxəssis

 Son tarix 16 fev 2025 - [email protected]

Vəzifə öhdəlikləri:

  • Əməliyyat risklərinin təhlili, icrası və hesabatlığının aparılması;
  • Müxtəlif ssenarilər üzrə cəmiyyətin risklərə dayanıqlığını ölçməyə imkan verən risk modellərinin hazırlanması, stress-testlərin keçirilməsi;
  • Cəmiyyətin məhsul, xidmətlərinin və proseslərinin risk yönümlü təhlili;
  • Risklərin idarə olunması üzrə (limit, səlahiyyət təyini və risk indikatorların yaradılması) təkliflərin verilməsi;
  • Risklərin qiymətləndirilməsi, təhlili və nəticəsi barədə hesabatların hazırlanması;
  • Şöbənin fəaliyyəti ilə bağlı digər vəzifələri həyata keçirmək.

Vəzifə üzrə tələblər:

  • Minimum 2-3 il iş təcrübəsi olan (Maliyyə, bank əməliyyatları, əməliyyat risklərin idarə olunması sahəsi üzrə arzuolunandır);
  • Yüksək səviyyədə MS Excel bilikləri (Power BI proqram – üstünlük verilir);
  • Komandada işləmək bacarığı;
  • Təqdimat və ünsiyyət bacarığı;
  • Yüksək səviyyədə analitik düşüncə qabiliyyəti;
  • Dil bilikləri: Azərbaycan dili yüksək səviyyədə, Rus dili və İngilis dili -orta səviyyədə;
  • Sürətli öyrənmə qabiliyyəti;
  • Stresə dözümlük, gərgin iş rejimində işləmək bacarığı.

İş şəraiti:

  • 5 günlük iş həftəsi (Bazar ertəsi-Cümə); 
  • Korporativ nömrə ilə təmin olunma ; 
  • Bazar rəqabətli əmək haqqı; 
  • İş yeri: Baş ofis, Bakı şəh, Üzeyir Hacıbəyli 72.

Müvafiq tələblərə uyğun olan namizədlər mövzu hissəsində  “Risklərin idarə edilməsi üzrə aparıcı/baş mütəxəssis” qeyd etməklə CV-lərini elektron poçt ünvanına göndərə bilərlər. 

Seçilən
6
fed.az

1Mənbələr