Türkiyə mətbuatı xəbər verir ki, İstanbulda artıq 30 nəfər tərkibində metanol olan saxta spirtli içkilərdən ölüb.
Zəhərlənənlər şəhərin bütün xəstəxanalarında müalicə olunurlar. Son məlumatlara görə, 83 zərərçəkmiş tibbi yardım üçün müraciət edib.
31 nəfərin reanimasiyada müalicəsi davam edir. Daha 18 nəfər isə adi palatalarda müalicə olunur.
//Samir Qurbanov, Editor.az