"MƏN" Məhdud Məsuliyyətli Cəmiyyəti inzibati tənbeh tətbiq etmə haqqında qərarı icra etmədiyinə görə cərimələnib.
Valyuta.az-ın məluamtına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 529.1.1-ci maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.
Məlum olub ki, şirkət əməkdaşına əmək haqqının verilməsini gecikdirib və bu günədək tam ödənilməyib. İşə Ağdam rayon məhkəməsində baxılacaq. "MƏN" MMC-nin rəhbərini sözügedən pozuntuya görə 3000 manat cərimə gözləyir.