AZ

Alman məhkəməsi uşağa Lüsifer adının verilməsini qadağan etdi

...Almaniyanın Rostok şəhərində evli cütlüyün övladına Lüsifer adını qoymasına icazə verilməyib. Ailə yerli məhkəməyə müraciət etsə də, o, qəti şəkildə bundan imtina edib.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə Ostsee-Zeitung nəşri məlumat yayıb.

Məlum olub ki, valideynlər ərizə ilə şəhər qeydiyyat şöbəsinə müraciət ediblər.

Təşkilatın əməkdaşları şeytana aid olan Lüsifer adının uşağın gələcək həyatına mənfi təsir göstərə biləcəyini deyərək insanları fikrindən daşındırıb.

İstənilən qeydiyyatdan imtina edildikdən sonra ailə məhkəməyə ərizə ilə müraciət etsə də, onların da xahişi orada qəbul edilməyib.

Nazlı Almuradova

Seçilən
26
sia.az

1Mənbələr