AZ

Vasilevanın nazir müavini vəzifəsindən azad edilməsinin – Sensasion səbəbi

Xəbər verdiyimiz kimi, Mariana Vasileva gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib.

Axar.az xəbər verir ki, bir müddət əvvəl M.Vasileva haqqında Gimnastika Etika Fondunun (GEF) İntizam Komissiyası sərt qərar qəbul etmişdi.

Belə ki, GEF İntizam Komissiyası Azərbaycanın bədii gimnastika üzrə keçmiş baş məşqçisi, gənclər və idman nazirinin indi sabiq müavininə, gimnastika üzrə baş məşqçi vəzifəsini icra edənə və Azərbaycan Gimnastika Federasiyasına (AGF) sanksiya tətbiq edib.

Gimnastika Etikası Fondunun məlumatında deyilir ki, Gimnastika Etikası Fondunun (GEF) İntizam Komissiyası dekabrın 18-də intizam icraatı barədə qərarını elan edib.

“İş 2020-ci ilin iyulunda GEF-in diqqətinə çatdırılıb, ardınca geniş araşdırma aparılıb və 2023-cü ilin iyununda AGF məşqçiləri tərəfindən illər ərzində çoxsaylı gimnastlara qarşı fiziki və psixoloji zorakılığa görə ittiham elan edilib”, - məlumatda qeyd edilir.

İntizam Komissiyası Mariana Vasilevanı 8 il müddətinə FIG-nin və digər beynəlxalq tədbirlərdə iştirakdan kənarlaşdırıb. Vasilevaya Beynəlxalq Gimnastika Federasiyasına bağlı hər hansı federasiyanın baş məşqçisi olmaq ömürlük qadağan edilib. 2019-cu ildə FIG tərəfindən Mariana Vasilevaya verilən “Fəxri məşqçi” diplomu geri alınıb.

Məlumatda qeyd edilir ki, Azərbaycan Gimnastika Federasiyası fərdi respondentlər, məşqçilər tərəfindən yol verilən bütün pozuntulara görə məsuliyyət daşıyır.

AGF-nin 2025-ci ildə Maltada keçiriləcək 25-ci Şura İclasında və 2026-cı ildə Banqkokda (Tailand) keçiriləcək 86-cı Konqresdə iştirakı dayandırılıb. AGF 6 ay müddətinə FIG-in hər hansı fəaliyyətində və digər beynəlxalq tədbirlərdə iştirakdan kənarlaşdırılıb. AGF 30.000 CHF məbləğində cərimə ödəyəcək.

Tərəflər 21 gün ərzində GEF Apellyasiya Məhkəməsinə qərardan şikayət etmək hüququna malikdirlər.

Seçilən
26
axar.az

1Mənbələr