Son dövrlər kür çayında balıq azalıb.
Xezerxeber.az xəbər verir ki, Kürqırağı ərazilərdə balıq ovu ilə məşğul olanlar deyirlər ki, ya balıq yoxdur ya da onlar tuta bilmirlər. Əvvəlki qaydada ova getsələr də əvvəlki illərdəki kimi əlu dolu qayıda bilmirlər.
Balıqçılar İttifaqının sədri Əfqan Əliyev deyir ki, balıqların azalması təkcə Kür çayında müşahidə olunmur. Xəzər dənizində də, digər göl və çaylarda da vəziyyət eynidir.
Əfqan Əliyev onu da əlavə edib ki, son dövlər su hövzələrimizdə eləcə də Kür çayında suyun səviyyəsinin azalması da balıqların azalmasının əsas səbəblərindən biri hesab olunur.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.