AZ

Azərbaycanda tədris proqramları necə modernləşdirilə bilər? - Elm və Təhsil Nazirliyi nə deyir? VİDEO

Bu gün əksər universitetlərdə tədris olunan fənlər və proqramlar müasir dövrün tələblərinə cavab vermir.

Xezerxeber.az xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsildə Təhlil və Kommunikasiya mərkəzinin direktoru, təhsil eksperti Kamran Əsədov deyib. Bildirib ki, hazırda ali təhsil müəssisələrimizdə bir çox ixtisaslarda tədris proqramları köhnəlmiş yanaşmalara əsaslanır. Tələbələrə 15-20 il əvvəlki biliklər tədris olunur, halbuki əmək bazarının reallıqları tamam fərqlidir.

Kamran Əsədov bildirir ki, universitetlərdə dərslərin dövrün tələblərinə cavab verməsi üçün tədris proqramlarının modernləşdirilməsi vacibdir. Biz təhsildə rəqəmsal transformasiyaya keçməliyik. İT, mühəndislik, robot texnologiyaları və süni intellekt sahələrində ixtisaslar genişləndirilməlidir.

Statistik göstəricilərdən danışan ekspert bildirir ki, Azərbaycanda ali təhsil müəssisələrində tədris olunan proqramların cəmi 30%-i beynəlxalq standartlara uyğunlaşdırılıb.

Elm və Təhsil Nazirliyindən "Xəzər Xəbər" mövqe bildirilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
14
xezerxeber.az

1Mənbələr