AZ

ABŞ-da “Patriot”un modernləşdirilməsinə ayrılan vəsait ikiqat artıb


ABŞ Konqresi 2025-ci maliyyə ilində Patriot hava hücumundan müdafiə sistemlərinin (SAM) və Stinger insan daşına bilən hava hücumundan müdafiə sistemlərinin (MANPADS) alınması və modernləşdirilməsi üçün 505 milyon dollardan çox federal vəsaiti təsdiqləyib. Bu barədə Army Recognition yazır.
Qeyd olunur ki, ABŞ Ordusu ilkin olaraq hava hücumundan müdafiə sistemlərinin modernləşdirilməsi üçün 250 milyon dollar məbləğində maliyyə istəyib. Nəşrin fikrincə, ikiqat məbləğ bu sistemlərin müasir şəraitdə strateji əhəmiyyətindən xəbər verir.“Əlavə resurslar Patriot və Stinger sistemlərinin imkanlarını əhəmiyyətli dərəcədə artıracaq, onların müasir döyüş meydanının tələblərinə uyğun alınmasını və modernləşdirilməsini sürətləndirəcək”, - materialda deyilir
2024-cü ilin oktyabrında ABŞ ordusunun general-mayoru Frank Lozano Pentaqonun Patriot sistemləri üçün yeni nəsil zenit-raket komplekslərinin yaradılması planlarından imtina etmək qərarına gəldiyini açıqladı. İnkişafın yüksək qiyməti ilə əlaqədar olaraq, hərbçilər Patriot-un THAAD raketdən müdafiə sistemləri ilə inteqrasiyasına və mövcud PAC-3 MSE raketlərinin təkmilləşdirilməsinə diqqət yetirmək niyyətindədirlər.

aia.az
Tərcümə şöbəsi



Seçilən
3
aia.az

1Mənbələr