AZ

Azərbaycana ət və kərə yağının idxalının artmasının səbəbi nədir? VİDEO

Azərbaycana bəzi məhsulların idxalında kəskin artım var...

Xezerxeber.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ötən il 2023-cü ilə nisbətən ölkəyə kərə yağı, digər süd yağları və pastalarının idxalı 77 faiz, mal ətinin isə idxalı 55,3 faiz artıb. Bundan başqa, təzə tərəvəz idxalında 58,4 faiz, quş əti və onun əlavə məhsullarının idxalında isə 39,6 faiz artım müşahidə edilib.

İqtisadçı Xalid Kərimli deyir ki, bəzi məhsulların, xüsusilə mal və quş əti məhsullarının idxalında ciddi artımın bir neçə səbəbi var. İdxal prosesi tələb-təklif fonunda formalaşır. Yəni əhali arasında bu məhsullara olan tələbat artan zaman idxal həcmi də yüksəlir.

İqtisadçının sözlərinə görə, idxalın artması daxili bazarda satılan  yerli  məhsulların qiymətinin də artmasına səbəb olur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
23
xezerxeber.az

1Mənbələr