AZ

Qarabağ qazləri toplandı - Problemlərlə bağlı Prezidentə müraciət olacaq

Yanvarın 16-da "Qarabağ qaziləri" ictimai bilriyinin İdarə Heyəti, birliyin Bakı, Sumqayıt, Abşeronda məskunlaşmış rayon filialları sədrlərinin iclası keçirilib.

 Bu barədə Qaziler.az-a birliyin sədri Asəf Əliyev bildirib.

"İclasda 2024-cü ildə görülən işlər, qazilərin ümumi vəziyyəti, problemləri, onların həlli istiqamətində görülən işlərlə bağlı müzakirələr aparılıb.  2025-ci ildə birliyin görəcəyi işlər, fəaliyyət proqramı da müzakirə mövzusu olub. 

Müzakirələr zamanı "Qarabağ qaziləri" ictimai bilriyinin indiyə qədər qaldırdığı problemlərin həll  təhlil edilib.  Bir çox problemlər ümumrespublika səviyyəliməsələlər olduğuna görə, onların həllinə nail ola bilməmişik. Bu və ya digər məsələlərlə bağlı qərara alınıb ki, ölkə Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə müraciət olunsun. Bununla bağlı  birliyin rəhbərliyi yaxın zamanda müzakirələrin nəticəsi olaraq problemləri komplektləşdirəcək, onlar arasında həlli vacib məsələləri dövlət başçısına çatdırmaq üçün məktubla müraciət ediləcək", - Asəf Əliyev deyib.

QAZİLER.AZ

 

Seçilən
3
1
qaziler.az

2Mənbələr