AZ

Sizə səslənirəm, Qoca nəsil – Südabə Məmmədova…

Sizə səslənirəm, Qoca nəsil:
Biz sizin qoyub getdiyiniz bir dünyada böyüyürük. Bizdən sonra gələnlər də bizi izləyəcək. Əgər sizdən düzgün tərbiyə almasaq, onlara bunu necə ötürəcəyik? Ona görə də əməlləriniz təkcə bizə deyil, gələcəyə də təsir edir .

Sizin dediklərinizi deyil, etdiklərinizi öyrənirik. Əməlləriniz bizim üçün aynadır. Niyə bəzən sözlərinizlə etdikləriniz üst-üstə düşmür? Vicdan, dürüstlük və ədalət öyrətmək sizin borcunuz idi ki, biz də bizdən sonrakılara ötürək.

Unutmayın, haqqı tapdalamaq heç nə qazandırmır,əksinə, bu, dənizə bir daş atmaq kimidir – dalğalar keçib gedər, amma daş dənizin dibində qalar .
Bu bizim yalnız öz vicdanımızı deyil, bizdən sonra gələn nəsillərin də ruhunu zədələyir. Həyat bir bumeranqdır – etdiklərimiz bizə qayıdır. Gələcək üçün bir iz buraxmaq istəyirsinizsə, bu iz haqqın və ədalətin izi olsun. Əlinizdən gələn hər yaxşılıq, hər dürüst addım gələcək nəsillərə işıqdır. Bu dünyada təkcə özünüz üçün deyil, ailəniz, övladlarınız bir sözlə gələcək nəsillər üçün də məsuliyyət daşıyırsınız.

Son Yazılar:

Pul, mülk keçəridir, lakin insanlıq unudulmur, bir də bu dünyada yadigar qoyub getdiyimiz əməl kitabımız .
Mən bilirəm ki, sizin içərinizdə vicdanlı, obyektiv insanlar var. Məhz sizlər bizim ümidimizsiniz. Biz də sizdən öyrəndiklərimizlə dünyanı daha yaxşı bir yer etmək üçün çalışacağıq.
Əlimizdən gələn qədər yox, ondan da artığını etməliyik. Çünki gələcək nəsillər bizdən yalnız sözü yox, əməlləri görməlidir. Biz sizdən cəsarət, ədalət və birlik öyrənmək istəyirik.
Dünyada vicdan varsa, insan var, insan varsa, həyat var.

Südabə Məmmədova

Seçilən
1
viral.az

1Mənbələr