AZ

Elektromobil təkmilləşdirən şirkətə 100 milyon dollar investisiya yatırılıb

Elektrikli nəqliyyat vasitələrini təkmilləşdirən “Harbinger” 100 milyon dollarlıq investisiya alıb.

Valyuta.az-ın xəbərinə görə, 100 milyon dollarlıq yeni sərmayə ilə “Harbinger” təşəbbüsünün bu günə qədər aldığı cəmi investisiya 202 milyon dollara çatıb.

“Harbinger”in verdiyi məlumata görə, əldə edilən sərmayə şirkətin elektromobil platformasının istehsal gücünün artırılması və satış, ehtiyat hissələri və servis əməliyyatlarının genişləndirilməsi üçün istifadə olunacaq.

2021-ci ildə ABŞ-da qurulan şirkət nəqliyyat sənayesində istifadə edilə bilən elektrik yük maşınları istehsal edir. Harbinger tərəfindən hazırlanan elektrikli avtomobil platforması yük maşınlarından və furqonlardan tutmuş karvanlara və fəlakətə cavab verən maşınlara qədər bir çox fərqli avtomobil modellərində istifadə edilə bilər.

“Harbinger”in paylaşdığı məlumata görə şirkət 500 milyon dollarlıq sifarişlər alıb. Şirkətin müştəriləri arasında “Bimbo Bakeries USA” və “THOR Industries” də var.

Əvəz Həsənov

Seçilən
3
valyuta.az

1Mənbələr