Danimarka dost olmayan ölkələrə qarşı güc nümayiş etdirmək və Qrenlandiyanın paytaxtı Nuukda Arktika Komandanlığının əsas qərargahının şəxsi heyətini artırmaq üçün Qrenlandiyanın qərbində hərbi hava bazası tikməyi planlaşdırır.
Bu barədə TV2 telekanalı Danimarka silahlı qüvvələrinin məxfi bəyanatına istinadən məlumat yayıb.
Telekanalın məlumatına görə, bu sənəd hələ 2024-cü ilin sentyabrında hazırlanıb.
“Bazanın Danimarka F-35 qırıcılarını Kangerlussuaq qəsəbəsində vaxtaşırı qalma və eniş üçün qəbul etməsigözlənilir ki, bu da mümkün hücumları dəf etməyə və suverenliyi qorumağa, habelə Krallığın ərazisində güc nümayiş etdirməyə hazır olması ilə bağlıdır” telekanalı hərbi komandanlığın bəyanatından sitat gətirib.