Xəbər verildiyi kimi, Böyük Britaniyanın Baş nazir Keir Starmer çərşənbə günü səhər elan olunmamış səfərlə Kiyevə gəlib. Bu, cənab Starmerin baş nazir kimi Ukraynaya ilk səfəridir.
Key Starmer və Ukrayna prezidenti Vladimir Zelenski “yüzillik tərəfdaşlıq” sazişi imzalayıblar. Bu, müdafiə, elm, enerji və ikitərəfli ticarət sahələrində əlaqələrin dərinləşdirilməsini nəzərdə tutur. “The Guardian”ın yazdığına görə, Keir Starmerin Ukrayna paytaxtına səfəri zamanı Kiyevə iqtisadiyyatın bərpası üçün 40 milyon funt-sterlinq (48 milyon dollardan çox) vəsait ayrılacağını açıqlayacağı gözlənilir.
Qeyd edək ki, Böyük Britaniya Ukraynaya ən böyük hərbi donorlardan biridir.
Dekabrda Böyük Britaniya Xarici İşlər Nazirliyi 2022-ci ilin fevralında – münaqişənin aktiv fazasının başlanmasından bəri Londonun Kiyevə maliyyə yardımının ümumi məbləğinin 12,8 milyard funt sterlinq təşkil etdiyini bildirmişdi. Bundan başqa, Britaniya həmçinin 50 mindən çox ukraynalı hərbçiyə təlim keçib.
//Samir Qurbanov, Editor.az