AZ

Skott Bessent: ABŞ iqtisadi böhran və tarixin ən böyük vergi artımı ilə üzləşə bilər

“Konqres hərəkətə keçməsə, Birləşmiş Ştatlar 2025-ci ilin sonuna qədər iqtisadi böhran və tarixin ən böyük vergi artımı ilə üzləşə bilər”.

“Report” xəbər verir ki, bunu ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp tərəfindən ölkənin maliyyə naziri vəzifəsinə namizədliyi irəli sürülən Skott Bessent deyib.

Senatın Maliyyə Komitəsində dinləmələrdə çıxış edən Skott Bessent deyib: “Amerikalılar ilin sonunda yaşa biləcək iqtisadi böhrana sürətlə yaxınlaşırlar. Konqres hərəkətə keçməsə, amerikalılar tarixin ən böyük vergi artımı ilə üzləşəcək. Bu rəqəm 4 trilyon dollar təşkil edəcək”.

Seçilən
1
4
report.az

5Mənbələr