AZ

Nərimanov seçiciləri ümumxalq partiyasının namizədlərinə səs verəcəklər - FOTOLAR » AzadMedia.az





Bakı, 16 yanvar — Azadmedia.az

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Nərimanov bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin şəhid ailəsi və seçicilərlə görüşü keçirilib.
Nərimanov rayonu, Z. Bünyadov prospekti 2062-ci məhəllədə yaşayan Vətən müharibəsi şəhidi Səbuhi Sadıqovun və İ. Həsənoğlu küçəsi 21 ünvanında yaşayan I Qarabağ müharibəsi şəhidi Araz Mirzəyevin ailələri YAP Nərimanov rayon təşkilatının rəhbərliyi və YAP-ın namizədləri tərəfindən ziyarət olunub.
YAP Nərimanov rayon təşkilatının sədr müavini Anar Abbasov, namizədlər Təmraz Tağıyev, Nizami Babaşov, Ülkər Piriyeva və təşviqat qrupunun üzvləri Vətənimizin bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin və onların ailələrinin xalqımızın qürur mənbəyi olduğunu vurğulayıblar. Onlar qeyd ediblər ki, Prezident İlham Əliyevin şəhid ailələrinə, müharibə veteranlarına və onların ailələrinə göstərdiyi diqqət və qayğı, dövlətimizin və xalqımızın bu ailələrə verdiyi böyük dəyəri bir daha təsdiqləyir. Prezidentin bu sahədəki siyasəti, xüsusilə şəhid ailələrinin və veteranların problemlərinin həlli istiqamətindəki səyləri, sosial prioritetlər arasında ön sıralarda yer alır. Bunun nəticəsi olaraq, dövlətimiz və xalqımız şəhidlərimizi daim böyük ehtiramla yad edir və onların ailələrinə xüsusi diqqət və hörmət göstərir.
Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Eyni zamanda, Nərimanov rayonu, F. X. Xoyski prospekti 134, 136, 138, 146 və K. Rəhimov küçəsi 13A ünvanlarında yaşayan seçicilərlə keçirilən görüşlərdə YAP tərəfindən bələdiyyə üzvlüyünə namizəd olan Nizami Babaşov, Akif Vəliyev, Kifayət Xudaverdiyeva, Ülkər Piriyeva, Vüsal Cəfərli və təşviqat qrupunun üzvləri çıxış edərək YAP Sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə əldə olunan uğurlardan, Azərbaycan xalqının sosial rifah halının daha da yaxşılaşdırılması istiqamətində yürüdülən siyasətin nəticələrindən danışıblar.
Seçicilərə hakim partiyanın seçki proqramından, eləcə də bu sahədə görülən işlər və gələcək planlar haqda məlumat verilib.
Seçicilər isə YAP-nın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.




Seçilən
4
1
azadmedia.az

2Mənbələr