BMT-nin baş katibi Antonio Quterreş ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimində iştirak etməyi planlaşdırmır.
Bakupost.az xəbər verir ki, bu barədə təşkilatın rəhbərinin rəsmi nümayəndəsinin müavini Fərhan Haq jurnalistlər üçün keçirdiyi brifinqdə TASS müxbirinin sualını cavablandırarkən bildirib.
"Baş katiblərin ABŞ prezidentlərinin andiçmə mərasimində iştirak etməsi köklü praktika deyil. Əvvəllər belə olmayıb və bu dəfə də olmayacaq", - o, məsələ ilə bağlı sualı cavablandırarkən deyib.
Trampın andiçmə mərasimi yanvarın 20-nə planlaşdırılıb. Tramp 2024-cü il noyabrın 5-də keçirilən prezident seçkilərində Demokratların namizədi ABŞ-ın vitse-prezidenti Kamala Harrisi məğlub edərək qalib gəlib.
Zaur, BakuPost