Qaraçuxur və Yeni Günəşli sakinləri bələdiyyə seçkilərinə böyük coşqu ilə hazırlaşır.

Leqal.info xəbər verir ki, Azərbaycan Respublikasında 2025-ci il yanvar ayının 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyasının (YAP) Suraxanı rayonu, Qaraçuxur bələdiyyəsinin üzvlüyünə namizədləri İxdiyar Nəcəfov, Arif Şahmuradov, Mirvari Quliyeva, Rəşad Rzayev və İlham Mirzəyevin növbəti səyyar görüşlərini Yeni Günəşli “D” yaşayış sahəsi 12-ci və 31-ci binanın sakinləri ilə keçiriblər. Azinformasiya.az xəbər verir ki, seçiciləri salamlayan YAP-ın Qaraçuxur bələdiyyəsi üzvlüyünə namizədi, Qaraçuxur bələdiyyəsinin sədri İxdiyar Nəcəfov bildirib ki, Cənab Prezident İlham Əliyevin uzaqgörən müdrik siyasəti, böyük qətiyyəti, qurub-yaratmaq bacarığı, uzaqgörənliyi sayəsində cəmiyyət həyatının bütün sahələrində qazanılmış mühüm nailiyyətlər müstəqil Azərbaycanın inkişaf gerçəklikləri salnaməsinin çoxcildlik külliyatıdır. YAP-ın seçki proqramı haqqında söz açan İxdiyar Nəcəfovun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev dünyada müasir dövrün liderlik modelinin ən real gerçəkliyidir.
Daha sonra digər namizədlər Arif Şahmuradov, Mirvari Quliyeva, Rəşad Rzayev və İlham Mirzəyev YAP-ın seçki proqramında sosial infrastrukturun bərpası və yenidən qurulmasında yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin gücləndirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıblar. Bələdiyyə üzvlüyünə namizədlər seçiciləri fəal olmağa və YAP-ın namizədlərinə səs verməyə çağırıblar.
Çıxış edən sakinlər Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi altında gündən günə daha da inkişaf etdiyini, 29 yanvar tarixində keçiriləcək bələdiyyə seçkilərində yüksək rifah və gələcək qələbələr naminə YAP-ın namizədlərini dəstəkləyəcəklərini bildiriblər.
Görüşlər zamanı sakinlərin qaldırdıqları məsələlər və verdikləri təkliflər aidyyatı üzrə qeydiyyata alınıb.
YAP
YAP
YAP
YAP
YAP
YAP

Leqal.info