AZ

Goranboyda gənc oğlanın 10-cu sinif şagirdini qaçırması hadisəsi ilə bağlı TƏFƏRRÜATLAR VİDEO

Goranboyda 10-cu sinifdə oxuyan məktəbli qız evlənmək məqsədilə qaçırılıb.

Xezerxeber.az xəbər verir ki, hadisə ötən gün axşam saatlarında şəhər ərazisində qeydə alınıb.

Goranboy şəhər 1 saylı tam orta məktəbin 10-cu sinif şagirdi, 2007-ci il təvəllüdlü yeniyetmə, rayonun Səfikürd kənd sakini olan 21 yaşlı oğlan tərəfindən qaçırılıb. Polis isə hadisə ilə bağlı araşdırmalara başlayıb.

Goranboy rayonunda qeydə alınan hadisə ilə bağlı dərhal aidiyyəti qurumun əməkdaşları hər iki ailədə olub və onlarla proflaktik söhbətlər aparıblar.

Hadisə ilə bağlı qaçırılan qızın və qızı qaçıran oğlanın yaxınlarından məsələyə münasibət öyrənmək istəsək də, bununla bağlı danışmaq istəmədilər.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən isə bildirildi ki, məsələ nəzarətə götürülüb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
3
xezerxeber.az

1Mənbələr